AzQAC “Mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr” mövzusunda Naftalan şəhərində təlim keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC “Mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr” mövzusunda Naftalan şəhərində təlim keçirib

9-13 sentyabr 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  Tovuz, Tərtər, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Füzuli, Bərdə, Sumqayıt, Daşkəsən, Gədəbəy və Goranboy rayon bölmələrinin könüllülərinə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təlimçiləri tərəfindən 5 günlük “Mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr” mövzusunda  Naftalan şəhərində təlim həyata keçirilib.


Sözügedən tədbirin məqsədi könüllülərin bilik və bacarıqlarının artırılması, gələcək fəaliyyətlərdə peşəkarcasına əhali arasında maarifləndirmə işlərinin həyata keçirməsinə dəstək olmaq olub. 
Tədbirdə Cəmiyyətin Silahlara Qarşı Mübarizə proqramının koordinatoru Məmməd Kətanov və layihə əaqələndiricisi Əliağa Abbasov, ANAMA-nın təlim üzrə baş mütəxəssisləri Ceyhun Quliyev və Fikrət Vəliyev iştirak ediblər.


Təlimi müvəffəqiyyətlə bitirmiş iştirakçılara 52 nəfər könüllüyə ANAMA tərəfindən “Təlimçilərin Təlimi” şəhadətnaməsi və “Təlimat Kitabçası” təqdim olunub. Tədbirin baş tutması və uğurla həyata keçirilməsinə görə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri cənab Vüqar Süleymanova  dərin minnətdarlığımızı bildirir və gələcəkdə də əməkdaşlığın uğurla inkişafına ümidvar olduğumuzu bildiririk.
Tədbirin sonunda iştirakçılarla birlikdə xatirə şəkli çəkilib.