AzQAC-ın Sumqayıt Regional Mərkəzində İlk Yardım Günü qeyd olunub
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Sumqayıt Regional Mərkəzində İlk Yardım Günü qeyd olunub
14 sentyabr 2024-cü il
tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi və 2 saylı
Sumqayıt ASAN Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “ Ümumdünya İlk Yardım
Günü” tədbiri qeyd olunub. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin, Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin rəhbər heyəti Elşən Səlimzadə, Sağlamlıq və Qayğı şöbəsinin
müdiri Əminə Cabbarova, IFRC-nin nümayəndəsi Aleksandr Mardovin,Türk Qızıl
Ayının Azərbaycandakı nümayəndəsi Hüseyin Çitak, Fövqəladə Hallar Nazirliyinin
Sumqayıt Regional Mərkəzinin məsul əməkdaşı Bəxtiyar Babayev, Tibb Mərkəzinin
İctimai əlaqələr şöbəsinin müdiri Ramil Zeynallı və digər əməkdaşları, Abşeron
–Xızı Regional Gənclər və İdman İdarəsindən Zaur Əlizadə və gənclər təşkilatlarının
nümayəndələri və Sumqayıt şəhər ictimaiyyətinin iştirakı ilə tədbir keçirilib.
AzQAC Sumqayıt Regional Mərkəzinin Koordinatoru Mətanət Məhərrəmova qonaqları və
tədbir iştirakçılarını salamlayaraq, günün əhəmiyyətindən bəhs edib. Sonra
aparıcı könüllümüz Sona Nəzərova sözü təşkilatın məsul əməkdaşı Sumqayıt 2
saylı ASAN Xidmət Mərkəzinin direktor müavini Könül Kərimovaya verib. O da öz
çıxışında İlk Yardım barədə məlumatlılığın insan həyatında çox vacib rol
oynadığını vurğulayıb. Türk Qızıl Ayın nümayəndəsi, tədbirin sponsorlarından
biri Hüseyin Çitak çıxış edərək, İlk Yardımın vacibliyi barədə danışıb.
Könüllümüz Hüseyin Səlimovun rəhbərliyi ilə “Nice” rəqs qrupu ilin şüarı olan
“İlk Yardım və İdman” prinsiplərinə əsaslanaraq idman hərəkətli musiqi
proqramını qonaqlara təqdim ediblər. AzQAC Sumqayıt FMKD üzvləri İlk Yardım
mövzusunda “Qanaxma və huşsuz nəfəsalan zərərçəkmişə yerindəcə İlk Yardımın səhnələşdirilmiş
formasını təqdim ediblər. Daha sonra aparıcı İlk Yardımla bağlı viktorina
başladıb. Daha sonra AZQAC-ın FMKD üzvləri ürək –ağciyər reanimasiyası ilə
bağlı fleşmobla çıxış ediblər. Tədbir xatirə şəkilləri ilə sona çatıb