Minaların və partlamamış hərbi sursatların təhlükələrinə dair maarifləndirici sessiyalar davam edir

Əsas səhifə / XƏBƏRLƏR / Minaların və partlamamış hərbi sursatların təhlükələrinə dair maarifləndirici sessiyalar davam edir
 Educational sessions on the dangers of mines and unexploded ordnance continued

2024-cü ilin yanvar ayından başlayaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq çərçivəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda silsilə maarifləndirmə sessiyalarına start verib. Maarifləndirici sessiyalarının keçirilməsində əsas məqsəd keçmiş təmas xəttinə və Beynəlxalq sərhəd kəndlərində mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı məlumatlılığının artırılması, mümkün risk faktorunun minimuma endirilməsidir.
Fəaliyyətlər Qazax, Gədəbəy, Tovuz, Daşkəsən, Goranboy, Tərtər, Ağdam, Bərdə, Füzuli və Cəbrayıl rayonlarında “Qapı-qapı” və “Məktəb” sessiyaları formatında həyata keçirilir.

Maarifləndirmə sessiyalarının hər iki formasında xəbərdaredici və məlumatlandırıcı nişanlar, mina təhlükələrindən qorunmaq barədə məlumatlar verilib. Daha sonra maarifləndirici broşürlər paylanılıb, şagirdlərə dəftərlər və aidiyyatlı əyani vəsaitlərdən istifadə edilib, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri  xatırladılıb.


Mina və PHS təhlükəsi ilə bağlı maarifləndirici sessiyalalara bu vaxta qədər ümumilikdə 30000 minə yaxın nəfərdən  çox əhali qrupu cəlb edilib. Sessiyaların keçrilməsi digər ərazilərdə də silsilə şəklində davam etdirilməsi nəzərdə tutulub.


Bu fəaliyyətlərin həyata keçrilməsində səmərəli əməkdaşlığa, eyni zamanda göstərdikləri hərtərəfli dəstəyə görə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.