Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov AzQAC-ın Baş Məclisinin üzvü Rövşən Ağayevı 75 illik yubileyi münasibətilə təbrik edib

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov AzQAC-ın Baş Məclisinin üzvü Rövşən Ağayevı 75 illik yubileyi münasibətilə təbrik edib
 Dr. Novruz Aslanov, president of the Azerbaijan Red Crescent Society, congratulated Rovshan Agayev, member of the General Assembly of the Azerbaijan Red Crescent Society, on his 75th birthday.

2024-cü il sentyabrın 24-də AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Cəmiyyətin kollektivi ilə birlikdə  Cəmiyyətin Baş Məclisinin üzvü, 75 yaşını qeyd edən Rövşən Ağayevi şanlı yubileyi  münasibətilə təbrik edib. Novruz Aslanov Rövşən Ağayevin uzun illər ərzində AzQAC-ın inkişafına verdiyi böyük töhfələri xüsusi vurğulayıb və ona gələcək fəaliyyətində uğurlar, möhkəm can sağlığı arzulayıb. Bu əlamətdar yubiley münasibətilə Rövşən Ağayevə AzQAC-ın 100 illik yubiley medal hədiyyə edilib.
AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə də öz növbəsində Rövşən Ağayevi təbrik edərək, onunla uzun illər davam edən səmərəli əməkdaşlıq və dostluq əlaqələri vurğulayıb. Qafar Əsgərzadə Rövşən Ağayevin Cəmiyyətə verdiyi töhfələri yüksək dəyərləndirərək onun yaradıcılıq əlaqələrindən və araşdırmalından da söz açdı, ona yeni nailiyyətlər və sağlıqlı uzun ömür diləyib.