AzQAC könüllülərinə Yol hərəkəti Təhlükəsizliyi ilə bağlı təlim keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC könüllülərinə Yol hərəkəti Təhlükəsizliyi ilə bağlı təlim keçirilib

“Fövqəladə hallar zamanı təhsilə giriş” layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə birlikdə 25-26 sentyabr tarixlərində Bakı şəhərində AzQAC könüllülərinə yol hərəkəti təhlükəsizliyi ilə bağlı təlim həyata keçirilib. 

Təlimdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının və Türk Qızıl Ayının dəstəyi ilə Yol hərəkəti təhlükəsizliyi ilə bağlı modul hazırlanması barədə söz açılıb. Hazırlanmış modul Bakı şəhərində könüllülərə yol hərəkəti təhlükəsizliyi ilə bağlı AzQAC-ın Regional Mərkəzlər və yerli bölmələrlə iş şöbəsinin müdiri Qəniyev Nicat və Türk Qızıl Ayının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hüseyin Çitak tərəfindən təlim həyata keçirilmişdir.

Təlim zamanı könüllülərə yol hərəkəti nişanları, yollarda piyadalar üçün təhlükəsiz davranış qaydaları, baş verə biləcək risk faktorları və bu riskləri azaltmaq üçün, sıfıra endirmək üçün atılmalı olan addımlar barədə məlumatlar və təlimin məktəbli uşaqlara tədris olunması üzrə metodiki və texniki dəstək verilib. Təlim zamanı yollarda baş verə biləcək situasiyaları qavramaq üçün öyrədici oyunlar və praktiki məşğələlər keçirilib. Təlimdə “Fövqəladə hallar zamanı təhsilə giriş” layihəsinin rəhbəri Xalidə İsgəndərova, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz Region üzrə ölkələrin Fövqəladə Hallar  üzrə təhsil nümayəndəsi Sara Frodge iştirak ediblər. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət yol polisi idarəsinin əməkdaşı polis palkovnik leytenantı Mübariz Ağayev könüllülərlə görüş keçirib. Görüş zamanı könüllülərin sualları cavablandırılıb və onlara dəyərli tövsiyələr verilib. 

Təlim keçmiş könüllülər rayonlarda məktəbli uşaqlar üçün Yol Hərəkəti Təhlükəsizliyi ilə bağlı maarifləndirmə işləri aparacaqlar.