AzQAC və Qaçqınların Qeydiyyat Mərkəzi ilə bağlı işgüzar görüş baş tutub

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC və Qaçqınların Qeydiyyat Mərkəzi ilə bağlı işgüzar görüş baş tutub

27 sentyabr 2024-cü il tarixində AzQAC Miqrasiya şöbəsinin müəllimi və Qaçqınların Qeydiyyat Mərkəzinin meneceri Afət xanım Yunisovanın ölkəmizə pənah gətirmiş miqrantların təhsili və bununla bağlı məsələlərin təşkili ilə bağlı Mərkəzin ofisində görüşü olub. Görüşdə iştirakçılar miqrantların yeni dərs ilinə hazırlığının tələb və təkliflərə uyğun şəkildə təşkili, bu istiqamətdə rast gəlinən problemlər və onların mümkün həll yolları, o cümlədən miqrantların bu mərkəzdə daha kompakt toplaşdığını nəzərə alaraq dərslərin pandemiyadan əvvəlki vaxtlarda olduğu kimi yenidən bu mərkəzdə keçirilməsinin təşkili məsələsi fəal müzakirə edilib. Müzakirə zamanı BMT- nin Qaçqınların işi üzrə Ali Komissarlığı Bakı ofisinə göndərilən müraciət məktubu haqqında da məlumat verərək AzQAC-ın Miqrasiya şöbəsinin müəllimi Sona Hacıyeva kursun işi, müdavimlərin davamiyyət səviyyəsi və son nəticələr barəsində fikirlərini söyləyib. Kursa 11 tədris ili ərzində xeyli sayda müdavim qatılmış və hər ilin sonunda 35-55 miqranta, bu il isə 22 miqranta müntəzəm davamiyyət və yaxşı göstəriciyə görə 9 aylıq kursun şəhadətnaməsi verilib.  Görüşdə Mərkəzin meneceri Afət Yunisova onlar üçün bu kursun çox əhəmiyyətli olduğunu vurğulayıb və kursun yenidən başlayacağından çox məmnun olduğunu söyləyərək müəlliməyə təşəkkür ediblər. Daha sonra bu ilki dərslərin tədrisi üçün otaqlara baxış keçirilib.  Görüşdə iştirak edən Mərkəzin miqrantların təhsili üzrə koordinatoru Sadiq Ağalarov və sosial məsələlər üzrə mütəxəssis Gülzar Abasquluyeva da bu dərsin miqrantların cəmiyyətə inteqrasiyasında əhəmiyyətli yer tutduğunu söyləyiblər. Müəllimə Sona bugünki əhatəli görüşdən məmnunluğunu ifadə edərək bildirib ki, miqrantlara eyni zamanda ölkə tarixi, coğrafiyası, ədəbiyyatı, sosial-iqtisadi həyatı barədə də məlumatlar verilir və onların tarixi məkanlara ekskursiyaları, müxtəlif mövzularda marifləndirici seminarlar təşkil olunur.