AzQAC-ın Qobustan rayon bölməsində görüş keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Qobustan rayon bölməsində görüş keçirilib

Federasiyasının (IFRC) Cənubi 2024-cü il sentyabrın 13-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Qafqaz üzrə rəhbəri Davron Muhammadiyev, IFRC nümayəndəliyinin məsul əməkdaşı Aleksandr Morodovin, bölmələrin inkişafı və könüllərlə iş üzrə baş mütəxəssis Teymur Kuseba, Sağlamlıq və Qayğı şöbəsinin müdiri Əminə Cabbarova və Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmovanın müşayiəti ilə Qobustan rayon bölməsinə səfər ediblər. Səfərin məqsədi Qobustan rayon bölməsinin fəaliyyəti ilə yaxından tanış olmaq, yerli könüllülərin gördüyü işləri qiymətləndirmək və qarşıda duran layihələr barədə müzakirələr aparmaqdan ibarət olub.
Qobustan rayon bölməsinin sədri Nəhmət Alcanlı qonaqlara bölmənin fəaliyyət istiqamətləri, həyata keçirilmiş sosial və humanitar layihələr, yerli icmalarla əlaqələrin qurulması və könüllülərin rolu haqqında ətraflı məlumat verib. O, həmçinin gələcəkdə icra edilməsi nəzərdə tutulan layihələrdən və rayon üzrə planlaşdırılan təşəbbüslərdən də bəhs edib.
Görüş çərçivəsində gələcəkdə həyata keçiriləcək tədbirlər və əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub. Qonaqlar Qobustan bölməsinin işini yüksək qiymətləndirib və gələcək əməkdaşlıq üçün yeni perspektivlərdən bəhs edib.
Sonda qonaqlar və könüllülər ilə birlikdə xatirə şəkli çəkilib.