Türk Qızıl Ay və AzQAC ilə birgə “Sevgi Boğçası” layihəsi keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Türk Qızıl Ay və AzQAC ilə birgə “Sevgi Boğçası” layihəsi keçirilib
 The Azerbaijan Red Crescent Society, jointly with the Representative Office of the Turkish Red Crescent Society in Azerbaijan, conducts the ‘Bundle of Love’ project

27 sentyabr 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Türk Qızıl Ayı ilə birgə  "Sevgi boğçası” layihəsi  çərçivəsində Sumqayıt Regional Mərkəzinə daxil olan Quba rayon mərkəzi xəstəxanasında xeyriyyə məqsədi ilə seminar formatında tədbir keçirilib. Bu gün respublikamızda "Anım Günü" ilə bağlı keçirilən tədbirlərə biz də bu kollektivlə qatıldıq. İlk öncə xəstəxana ərazisində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə yaradılmış abidə kompleksini ziyarət edərək,üzərinə tər güllər qoyulub. Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov  Quba şəhidləri barədə bizə məlumat verib.

Tədbir xəstəxananın akt zalında davam etdirilib. Tədbirdə Türk Qızıl Ayının Azərbaycan nümayəndəsi Hüseyin Çıtak,   Sağlamlıq şöbəsinin müdiri Amina Cabbarova, doktor Mətanət Qaraxanova, Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova və RM könüllüləri da iştirak ediblər. Perinatal Mərkəzin direktoru Şəhla Həsənova qonaqları salamlayaraq mərkəzdə hamilə qadınlarla görülən maarifləndirmə və tibbi işlər barədə danışıb. Daha sonra Türk Qızıl Ayının nümayəndəsi Hüseyin Çitak layihə ilə bağlı iştirakçılara məlumat verib. Perinatal Mərkəzin 25 nəfər hamilə qadınlarına 0-1 yaş körpələrin inkişafı və sağlığı naminə ana olacaq xanımlara təlim keçirilib. Təlimdən sonra xanımlara "Sevgi boğçası” təqdim olunub. Bu  doğuşdan sonra xanımların ilk ehtiyacını qarşılayan ləvazimatlardan ibarət olan bir boğçadır. Bu Türk Qızıl Ayı tərəfindən 100 ildir ki, fəaliyyət göstərən bir layihədir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə də birgə  daha ehtiyaclı bölgələrdə yaşayan qadınlara dəstək məqsədi ilə davam etdirilir. Ümid varıq ki, bu layihə davamlı olaraq daha ehtiyaclı bölgələrdə keçirilərək hamilə qadınlara ümid işığı olacaq.