AzQAC-ın prezidenti Novruz Aslanov İFRC-nin məsul işçilərini qəbul edib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın prezidenti Novruz Aslanov İFRC-nin məsul işçilərini qəbul edib
2 oktyabr 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov Beynəlxalq Federasiyanın Cənubi Qafqaz üzrə rəhbəri Davron Muhammadiyev və Beynəlxalq Federasiyanın Cənubi-Şərqi Asiya Millətləri Asssosiasiyasının yanında nümayəndəsi, İndoneziya, Sinqapur, Bruney, Timor-Leşte üzrə regional nümayəndəliyin rəhbəri Elxan Rəhimovla görüşü olub. Görüşdə Beynəlxalq Federasiya ilə işgüzar əməkdaşlığın perspektivləri, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələrin müzakirəsi edilib. Xüsusilə, Bakıda keçiriləcək İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, hazırlıq işlərində AzQAC-ın rolu, sessiya zamanı ənənəvi tərəfdaşların nümayəndə heyətləri ilə görüşlərin təşkili və s. məsələlər əsas mövzulardan biri olub. Davron Muhammadiyev və Elxan Rəhimov səmimi və işgüzar görüşə görə Novruz Aslanova təşəkkür ediblər və tərəfdaşlıq əlaqələrinin bundan sonra da davamlı olacağını bildiriblər.