AzQAC İlk Yardım üzrə maarifləndirmə tədbiri keçirib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC İlk Yardım üzrə maarifləndirmə tədbiri keçirib
1 oktyabr 2024-cü il tarixində 45 nömrəli məktəbdə sağlamlıq və İlk Yardım (İY) üzrə maarifləndirmə tədbiri keçirilib. Tədbirdə həmçinin Mətanət Qaraxanova, Resursların Səfərbərliyi, Marketinq və Gəlir Gətirmə üzrə layihə icraçısı Vüsalə Abbaszadə, Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisi də iştirak ediblər. Tədbirdə məktəbin direktoru Pərvanə Talıbova çıxış edərək hamını salamlayıb və təlimlərin vacibliyini vurğulayıb. 2024-cü ilin əvvəlində yaradılmış sağlamlıq üzrə könüllülər qrupu, bilikləri daha geniş yaymaq məqsədi ilə sağlamlıq şöbəsi tərəfindən dəstəklənir. AzQAC-ın Sağlamlıq və Qayğı şöbəsi tərəfindən dəstəklənən qrupun könüllüsü, 7 nömrəli uşaq poliklinikasının həkimi Samirə Bağırova, "Sağlamlıq və İlk Yardım" mövzusunda olan təqdimatı iştirakçılara nümayiş etdirib. Daha sonra o, həkim və tibb heyətinə təlimlərin vacibliyini vurğulayıb. İlk Yardım üzrə maarifləndirmə sessiyası keçirib, yardım bacarıqlarını nümayiş etdirib. Əminə Cabbarova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sağlamlıq üzrə fəaliyyətləri, İlk Yardım üzrə 2030 İcmalı və Müəllimlərə İlk Yardım Təhsili ilə bağlı təqdimat barəd məlumat verib. O, gələcəkdə məktəblərdə AzQAC-ın müxtəlif şöbələri ilə birgə fəaliyyətin vacibliyini vurğulayıb. Tədbirdə iştirak edən müəllimlərlə məktəbdə İlk Yardım təhsili və uşaqların bu prosesə cəlb olunması haqqında interaktiv müzakirələr aparılıb. Təlimlərə cəlb oluna biləcək uşaqların yaşı ilə bağlı fikir ayrılıqları müzakirə edilib, suallar cavablandırılıb və müəllimlərin təlimlərdə iştirakı haqqında diskussiyalar keçirilib. Tədbirin sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinə könüllü olmaqla bağlı verilən suallar cavablandırılıb.