FMKD tərəfindən “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” üzrə yayım sessiyaları keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / FMKD tərəfindən “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” üzrə yayım sessiyaları keçirilib

Müntəzəm fəaliyyətlərin bir hissəsi olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 7 rayon
bölməsinin Fövqəladə Mobil Könüllü Dəstələri (FMKD) tərəfindən hər ay icmalarda və
məktəblərdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında “Yayım Sessiyaları” təşkil olunub. Sessiyaların məqsədi icmalarda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı barəsində məlumatlılığı artırmaq, eləcə də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətlərini tanıtmaqdan ibarət olub. 
Sessiyalar zamanı iştirakçılara Hərəkatın tarixi, onun əsas prinsipləri və emblemləri, həmçinin, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və onun fəaliyyətləri baradə ətraflı məlumat verilib. 
Sessiyalar həmçinin şagirdlər üçün interaktiv məşğələləri əhatə edib və sual-cavab ilə başa çatıb.
2024-cü ilin avqust ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə AzQAC-ın Tərtər, Ağdam, Füzuli, Tovuz, Qazax, Cəbrayıl və Bərdə rayon
bölmələrinin könüllüləri tərəfindən  ümumilikdə 6 yayım sessiyası həyata keçirilib.