Fövqəladə Mobil Könüllü Dəstələr (FMKD) tərəfindən bağçalarda İlk Yardım sessiyaları keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / Fövqəladə Mobil Könüllü Dəstələr (FMKD) tərəfindən bağçalarda İlk Yardım sessiyaları keçirilib
Müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD)
üzvləri xüsusi olaraq uşaq bağçası müəllimləri və köməkçiləri üçün nəzərdə tutulmuş İlk Yardım üzrə təlim proqramı keçiriblər. Məqsəd uşaq bağçası mühitlərində rast gəlinən ümumi hadisələr və fövqəladə halları effektiv idarə etmək üçün müəllimlərə fundamental ilk yardım bilik və bacarıqları verməkdir.
Tədbir zamanı iştirakçılara ilk yardımın əsasları, bərpa vəziyyəti, tənəffüs yolunun tutulması, qanaxmalar, sınıqlar, zəhərlənmə və yanıqlar kimi əsas mövzular haqqında ətraflı məlumat verilib və praktiki məşğələlər nümayiş etdirilib. Sessiyalar zamanı ilk yardım bilikləri ilə yanaşı, iştirakçılara Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, o cümlədən AzQAC-ın müvafiq rayon bölməsinin fəaliyyətləri haqqında da məlumat verilib.
2024-cü ilin sentyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə AzQAC-ın Tərtər, Ağdam, Füzuli, Bərdə, Qazax, Cəbrayıl və Tovuz bölmələrinin Fövqəladə Mobil Könüllü
Dəstələrinin üzvləri tərəfindən ümumilikdə 7 ilk yardım sessiyaları təşkil edilmişdir.