Fövqəladə Mobil Könüllü Dəstələr (FMKD) tərəfindən İlk Yardım sessiyaları keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / Fövqəladə Mobil Könüllü Dəstələr (FMKD) tərəfindən İlk Yardım sessiyaları keçirilib
Müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD)
üzvləri icmalarda İlk Yardım sessiyalarının təşkilini davam edirlər. Sessiyaların əsas məqsədi icmalar arasında əsas ilk yardım bilik və bacarıqlarını yaymaqdır. Belə müntəzəm tədbirlərin təşkili həm də könüllülərə İlk Yardım texnikalarını tez-tez tətbiq etmək və biliklərini möhkəmləndirmək imkanı verir. Tədbir zamanı iştirakçılara ilk yardımın əsasları, bərpa vəziyyəti, tənəffüs yolunun tutulması, qanaxmalar, sınıqlar, zəhərlənmə və yanıqlar kimi əsas mövzular haqqında ətraflı məlumat verilib və praktiki məşğələlər nümayiş etdirilib. Sessiyalar zamanı ilk yardım bilikləri ilə yanaşı, iştirakçılara Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, o cümlədən AzQAC-ın müvafiq rayon bölməsinin fəaliyyətləri haqqında da məlumat verilib.
2024-cü ilin sentyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə AzQAC-ın Tərtər, Füzuli, Bərdə, Qazax və Tovuz bölmələrinin Fövqəladə Mobil Könüllü Dəstələrinin üzvləri tərəfindən ümumilikdə 6 ilk yardım sessiyaları təşkil edilmişdir.