AzQAC-ın “İcma rəyi. Təhlil və Vizuallaşdırma” adlı təlimi baş tutub

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın “İcma rəyi. Təhlil və Vizuallaşdırma” adlı təlimi baş tutub

Azərbaycan Qızıl Aypara Cəmiyyəti mərkəzi rəy mexanizmini işə salmaq istiqamətində öz yolunu davam etdirir. 4-5 oktyabr AzQAC-ın İsmayıllı, Sumqayıt, Bakı Regional Mərkəzləri və Baş Qərargahlardan könüllülərin və əməkdaşların iştirakı ilə "İcma Rəyi. Təhlil və Vizuallaşdırma" mövzusunda təlim keçirilib. Bu iki gün ərzində iştirakçılar sorğular yaratmağı, Kobo Toolbox-dan istifadə edərək rəy toplamaq, rəy məlumatlarını təmizləmək, təhlil etmək və PowerBI proqramından istifadə etməklə vizual hesabatlar yaratmağı öyrəniblər. Təlimin nəzəri hissəsindən sonra bütün mərhələlər üzrə ssenari şəklindən qrup işi aparılıb.