AzQAC-ın Lənkəran rayon bölməsində görüş keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Lənkəran rayon bölməsində görüş keçirilib
 A meeting was held in the Lankaran district branch of the Azerbaijan Red Crescent Society

8 oktyabr 2024-cü ildə Əminə Cabbarova  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkəran Regional Mərkəzinin Koordinatoru Zəfər Miriyev ilə görüşüb. Zəfər Miriyevin təşəbbüsü ilə  Əminə Cabbarova Lənkəran şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına yeni qoşulan könüllülərə Risk kommunikasiya və İcmalarla iş mövzusunda maarifləndirmə seminarını keçirib. Seminar zamanı icmalarda immunizasiya ilə bağlı olan narahatçılıq və davranışın dəyişməsi haqda diskussiya edilib. Könüllülərin peyvəndlərə qarşı münasibətləri və valideynlərin cəlb olunması haqqında danışılıb. Uşaqların immunizasiya ilə əhatə olunma dərəcəsi aşağı olduğu üçün yeni yanaşmaların tətbiqi haqda məlumat verilib.
Zəfər Miriyev də Lənkəran rayonunda icmalarla aparılan fəaliyyət haqqında  təcrübəsini bölüşüb.