AzQAC-ın ”Neft daşları və Çilov adası” birləşmiş bölməsində növbəti hesabat-seçki konfransı keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın ”Neft daşları və Çilov adası” birləşmiş bölməsində növbəti hesabat-seçki konfransı keçirilib
 Reporting-election conference was held in the "Oil Stones and Chilov Island” joint section of the Azerbaijan Red Crescent Society

Konfrans Dövlət himni ilə öz işinə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Konfransda 28 May adına NQÇİ-nin rəhbər işçiləri və s iştirak edib.

Konfransın gündəliyi konfrans iştirakçılarına çatdırılıb. AzQAC-ın ”Neft daşları və Çilov adası” birləşmiş bölməsinin sədri Üzeyir Həsənov 2021-2024-cü illər üzrə “Neft daşları və Çilov adası” fəaliyyəti ilə bağlı hesabatı təqdim edib. 
Bundan sonra bölmənin maliyyə hesabatı dinlənilib. Hər iki hesabat ətrafında çıxışlar olaraq, üç ildə bölmənin gördüyü işlərə qiymət verilib.
Sonra təşkilati məsələyə baxılıb. Növbəti illər üçün bölmə sədrliyinə Həsənov Üzeyir Oqtay oğlu namizəd göstərilib, səsə qoyularaq yekdilliklə seçilib.
Nizamnaməyə əsasən, İdarəetmə şurasının tərkibinə 9 nəfər üzv seçilib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXVII Baş Məclisinə 3 nəfərdən ibarət nümayəndə seçilməsi yekdilliklə qəbul edilib.
Konfrans “Aypara” himni ilə öz işini başa vurub.