AzQAC ikitərəfli əməkdaşlığa start verib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC ikitərəfli əməkdaşlığa start verib
 The Azerbaijan Red Crescent Society has started bilateral cooperation

2024-cü il oktyabrın 10-da Qırğızıstanın Bişkek şəhərində Türk dövlətlərinə üzv olan ölkələrin əməkdaşlıq şəbəkəsinin yaradılması məqsədilə mühüm bir tədbir keçirilib. Bu tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti Novruz Aslanov və icraçı katib Ceyhun Mirzəyev iştirak ediblər. Tədbirin əsas məqsədi Türk dövlətləri arasında humanitar sahədə əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı dəstək imkanlarının genişləndirilməsi olub.AzQAC bu çərçivədə ikitərəfli əməkdaşlığa xüsusi diqqət yetirərək, digər Türk dövlətlərinin Qızıl Aypara və Qızıl Xaç cəmiyyətləri ilə daha sıx əlaqələr qurmağı hədəfləyir. Tədbir zamanı birgə fəaliyyət planları müzakirə olunub və bu əməkdaşlıq vasitəsilə humanitar yardımların çatdırılması, fəlakətlərin idarə edilməsi və təcili yardım xidmətlərinin effektivliyinin artırılması istiqamətində gələcək addımlar haqqında danışılıb.