18 Oktyabr- Azərbaycan Respublikasının Müstəqilliyinin bərpası günü müasibətilə miqrantlarla görüş

Əsas səhifə / XƏBƏRLƏR / 18 Oktyabr- Azərbaycan Respublikasının Müstəqilliyinin bərpası günü müasibətilə miqrantlarla görüş

18 Oktyabr – Azərbaycan dövlət  müstəqilliyinin bərpası günü yaxınlaşır və bu münasibət ilə ölkədə müxtəlif qurum və birliklər tərəfindən silsilə tədbirlər həyata keçirilir. Hər zaman olduğu kimi bu dəfə də 10  oktyabrda qarşılıqlı əməkdaşlıq prinsiplərinə sadiq olaraq Vertebra dr. İradə Onurğa Klinikası və Respublika Qadınlar Cəmiyyətinin birgə təşəbbüsü ilə  miqrantlarla görüş keçirildi. Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Azərbaycan dili kursunun 20 nəfər əfqan və pakistanlı müdavim miqrantları və müəllimə Sona  Hacıyeva da dəvətlə iştirak etdilər. GM City Hoteldə baş tutan görüşü  Talassemiya Mərkəzindən  Fuad müəllim açaraq miqrantları və digər qonaqları salamladı və dr. İradə xanımın gördüyü xeyirxah işlərdən , miqrant ailələrə göstərdiyi humanist münasibətdən danışdı. Görüş gözəl nahar süfrəsi, geyim əşyalarının hədiyyə edilməsi, musiqili -əyləncəli proqramla müşayiət edildi və xatirə şəkilləri ilə yaddaşlara köçürüldü.