Türk Dövlətlərinə üzv olan Qızıl Aypara Cəmiyyətlərinin şəbəkəsi yaradılıb

Əsas səhifə / XƏBƏRLƏR / Türk Dövlətlərinə üzv olan Qızıl Aypara Cəmiyyətlərinin şəbəkəsi yaradılıb

11 oktyabr 2024-cü ildə Türk Dövlətlərinə üzv olan ölkələrin Milli Qızıl Aypara Cəmiyyətlərinin Qırğızıstanın Bişkek şəhərində əməkdaşlıq şəbəkəsinin yaradılması məqsədilə tədbir baş tutub. Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti Novruz Aslanov və İcraçı katib Ceyhun Mirzəyev iştirak ediblər.

Tədbir çərçivəsində Türk Dövlətlərinə üzv olan ölkələrin Milli Qızıl Aypara Cəmiyyətləri arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu memorandumun əsas məqsədi Türk Dövlətlərinə üzv ölkələr arasında müvafiq əməkdaşlıq şəbəkəsinin yaradılması, zərurət yarandığı təqdirdə fövqəladə hallar zamanı bir-birinə dəstək göstərilməsi, fikir mübadiləsi aparılması və hər il 10 oktyabr tarixində Milli Cəmiyyətlər arasında görüşlərin keçirilməsidir.