AzQAC-ın prezidenti Novruz Aslanov BQXQACF-nın nümayəndələrini Davron Muhammadiyevi, Serdar Güneli və Aleksandr Mordovini AzQAC-ın baş ofisdə qəbul etdi
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın prezidenti Novruz Aslanov BQXQACF-nın nümayəndələrini Davron Muhammadiyevi, Serdar Güneli və Aleksandr Mordovini AzQAC-ın baş ofisdə qəbul etdi
14 oktyabr 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Muhammadiyev, Beynəlxalq Federasiyanın Azərbaycandakı nümayəndəliyinin proqramlar və əməliyyatlar üzrə meneceri Serdar Güneli və Milli Cəmiyyətin inkişafı üzrə nümayəndə Aleksandr Mordovini qəbul etdi. Novruz Aslanov respublikamıza səfəri çərçivəsində Davron Muhammadiyevin AzQAC-ı ziyarət etməsindən və cəmiyyətin rəhbərliyi ilə görüşməsindən məmnunluğunu ifadə edərək, bu səfərin əhəmiyyətini vurğuladı.
Görüşdə iki təşkilat arasında görülən işlər, qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən humanitar layihələr haqqında ümumi fikir mübadiləsi aparıldı. Ötən illərdə olduğu kimi, bu il də əməkdaşlıq çərçivəsində həm AzQAC, həm də BQXQACF-ı qarşıya qoyulan məqsədlərə çatmaq üçün üzərlərinə düşən öhdəliklərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsinin əhəmiyyəti vurğulandı.