Sağlam yaşlanma mövzusuna həsr edilən maarifləndirici seminar keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Sağlam yaşlanma mövzusuna həsr edilən maarifləndirici seminar keçirilib

  11 oktyabr 2024cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində “Güvən dayə” xidməti şirkəti və TeasPress nəşriyyat evinin Libraff kitab mağazaları şəbəkəsinin təşkilatı dəstəyi ilə   “Sağlam Yaşlanma” mövzusuna həsr edilən maarifləndirici seminar keçirilib. Seminarın keçirilməsində məqsəd  iştirakçılara Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının “Sağlam yaşlanma” Proqramının məzmunun təqdim edib.  AzQAC-n “İcmaya əsaslanan sağlamlıq” proqramının mütəxəssisi, BQXQACF “Sağlam yaşlanma” üzrə təlimçisi Mətanət Qaraxanova proqram haqqında ətraflı təqdimatla çıxış edib. Tədbirdə  AzQAC Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva və Cəmiyyətin könüllü tibb işçiləri, ailə, qadın və uşaq Problemləri üzrə  Dövlət  Komitəsi, Bakı Herontologiya Mərkəzi Publik Şəxs, “Qadın İnkişaf Mərkəzi” kimi dövlət və  QHT-n nümayyəndələri iştirak ediblər. Çıxışlar ətrafında iştirakçılar  müzakirə və fikir mübadiləsi aparıblar. Gələcəkdə AzQAC “Sağlam yaşlanma” mövzusuna dair proqramın daha ətraflı və geniş şəklində həyata keçirilməsi nəzərdə tutulub.