14
oktaybr 2024-cü il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti,
Milli Məclisin deputatı Novruz Aslanov BQXQACF-nın Cənubi Qafqaz ölkələri üzrə
nümayəndəliyinin rəhbəri Davron Muhammadiyev və Beynəlxalq Federasiyanın Azərbaycandakı
nümayəndəliyinin proqramlar və əməliyyatlar üzrə meneceri Serdar Güneli qəbul etdi.
Öncə
Novruz Aslanov cənab Davron Muhammadiyevi Milli Cəmiyyətdə görməkdən məmnun
olduğunu bildirdi. Görüşdə iki təşkilat
arasında görülən ümumi işlər, qarşılıqlı əməkdaşlıq, tərəfdaşlıq çərçivəsində həyata
keçirilən layihələr barədə söhbət açıldı. Ötən illərdə olduğu kimi bu il də əməkdaşlıq
çərçivəsində həm AzQAC, həm də Beynəlxalq Federasiyasının qarşıya qoyulan məqsədə
çatmaq üçün üzərilərinə düşən öhdəliklərin zamanında və yüksək səviyyədə yerinə
yetirilməsinin önəmi vurğulandı. Həmçinin, onlar Qarabağ İqtisadi Rayonunda mövcud
olan vəziyyətdən müzakirə etdilər.
Milli
Cəmiyyətin prezidenti Novruz Aslanov, BQXQACF-nın nümayəndəliyinin proqramlar və
əməliyyatlar üzrə meneceri Serdar Günelə Milli Cəmiyyətə göstərdiyi dəstəyə görə
təşəkkürünü bildirdi və çıxışında Serdar Günelin Azərbaycandakı missiyasını
başa vurması ilə bağlı fikirlərini bölüşərək, onun gələcəkdə də Türk
Kızılayında fəaliyyətini uğurla davam etdirəcəyinə ümid etdiyini ifadə etdi.
Eyni zamanda, ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Davron
Muhammadiyev öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirərək,
AzQAC-ın ölkəmizdə humanitar sahədə apardığı işlərdən məmnunluqla danışdı.
Mövcud əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.
AzQAC-ın
vitse-prezidenti Qafar Əsgərzadə də öz növbəsində Serdar Günellə barədə xoş
fikirlərini söylədi. Belə ki, onunla uzun illər davam edən səmərəli əməkdaşlıq
və dostluq əlaqələri vurğulayaraq, Serdar Günelin Cəmiyyətə verdiyi töhfələri
yüksək dəyərləndirərək onun yaradıcılıq əlaqələrindən və araşdırmalından da söz
açdı, ona yeni nailiyyətlər və sağlıqlı uzun ömür dilədi. Onun Beynəlxalq Qızıl
Xaç və Qızıl Aypara Hərəkatının inkişafında, eləcə də Türk Qızıl Ay Cəmiyyəti
ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında əlaqələrin möhkəmləndirilməsində
göstərdiyi fəallığa görə təşəkkürünü bildirdi.
Görüşdə
AzQAC-ın İcraçı Katibin
müavini, Fövqəladə hallar şöbəsinin müdiri Elşən Səlimzadə Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin BQXQACF-nın əməkdaşlığından bəhs etdi, bu əməkdaşlığın son
illərdə daha da genişləndiyini vurğuladı. Serdar Günelə Azərbaycan Qızıl Aypara
Cəmiyyətinə göstərdiyi dəstək və gördüyü bütün işlər üçün dərin təşəkkürünü
bildirdi. Ona gələcək fəaliyyətində uğurlar və rifah arzuladı. Onunla işləməkdən
böyük məmnunluğunu bildirdi .
Serdar
Günel öz çıxışında onun fəaliyyətinə verilən yüksək qiymətə görə, eləcə də
çıxışlarda ünvanına səslənən xoş sözlərə və arzulara görə hər kəsə dərin minnətdarlığını
bildirib.
Sonda
Novruz Aslanov Serdar Günelə xatirə hədiyyə təqdim etdi.