AzQAC-ın rayon bölmə sədrləri üçün Əsas Yumşaq Bacarıqlar təlimi baş tutub

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın rayon bölmə sədrləri üçün Əsas Yumşaq Bacarıqlar təlimi baş tutub

AzQAC-ın rayon bölmə sədrləri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə Bakıda 4 günlük Əsas Yumşaq Bacarıqlar təlimində iştirak ediblər. Təlim müddətində iştirakçılar stressin və vaxtın idarə edilməsi, aktiv dinləmə, liderlik və münaqişələrin həlli kimi mövzularda həm nəzəri biliklərini, həm də praktik bacarıqlarını inkişaf etdiriblər. Onlar, həmçinin, konstruktiv rəyi necə vermək və qəbul etmək barədə dəyərli məlumatlar əldə edərək şəxslərarası ünsiyyət bacarıqlarını təkmilləşdiriblər. Təlim interaktiv sessiyalar, maraqlı fəaliyyətlər və könüllülərin müstəqil təqdimatlarından ibarət olub.