AzQAC-ın Yevlax rayon bölməsində “Forum Teatr” tamaşası təşkil olunub

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Yevlax rayon bölməsində “Forum Teatr” tamaşası təşkil olunub

16 sentyabr 2024-cü il tarixdə AzQAC və BQXK ilə birgə əməkdaşlıq çərçivəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda silsilə maarifləndirmə sessiyaları çərçivəsində şəhərində könüllülərin iştirakı ilə “Forum Teatr” tamaşası təşkil olunub. AzQAC-ın Bərdə könüllüləri Yevlax şəhərində yerləşən Ağdam və Kəlbəcər məktəblərinin şagirdləri üçün təşkil olunan tamaşa məktəblərin pedaqoji heyəti və şagirdləri  tərəfindən rəğbətlə qarşılanıb. Maarifləndirici sessiyaların keçirilməsində əsas məqsəd keçmiş məcburi köçkünlərin məskunlaşdığı məkanlarda, təmas xəttinə yaxın kəndlərdə, qəsəbələrdə mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı məlumatların  çatdırılması, mümkün risk faktorları haqqında təbliğatın səmərəliliyini artırmaqdan ibarət olunub.
Bu vaxta qədər maarifləndirməyə ümumilikdə 45.000 nəfərdən  çox əhali qrupu cəlb edilib. Tədbirdə AzQAC-nın Silahlara Qarşı Mübarizə proqramının koordinatoru Məmməd Kətanov, layihə əlaqələndiricisi Əliağa Abbasov, AzQAC-ın Bərdə şəhər blməsinin sədri Rəfail Vəliyev, AzQAC-nin Ağdam rayon bölməsinin sədri Nadir Qədimli   və adı çəkilən bölmələrin fəal könüllüləri  iştirak ediblər. 
Qeyd edilən fəaliyyətlərin həyata keçirilməsində göstərdikləri hərtərəfli  dəstəyə görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə, ANAMA və BQXK-nin Azərbaycan Nüməyəndəliyinə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi adından dərin təşəkkürümüzü bildiririk.