AzQAC-ın Tovuz rayon bölməsində ağacəkmə aksiyasına start verilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Tovuz rayon bölməsində ağacəkmə aksiyasına start verilib


AzQAC  COP-29 ilə əlaqədar olaraq “Yaşıl dünya naminə” aksiyasına qoşulub.22 oktyabr 2024-cü il tarixində “Fövqəladə hallar zamanı təhsilə giriş” layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının dəstəyi ilə birlikdə Tovuz rayonunda ağacəkmə aksiyası həyata keçirilib.“Fövqəladə hallar zamanı təhsilə giriş” layihəsi çərçivəsində məktəbli uşaqlar tərəfindən “Sprint” layihələr yazılıb. Seçilmiş layihələrdən biri olan ağacəkmə aksiyasına ilk olaraq AzQAC-ın Tovuz rayon bölməsində start verilib. Ağacəkmə aksiyası çərçivəsində AzQAC-ın Tovuz RB könüllülərinin, məktəbin müəllim kollektivi, şagirdlərinin iştirakı ilə 130 ağac əkilib. “Sprint” layihəsinin çərçivəsində keçirilən ağacəkmə aksiyası Ağdam, Bərdə, Qazax rayonlarında da davam etdiriləcəkdir.