AzQAC-ın ofisində şöbə rəhbərləri ilə təbii hadisələr mövzusunda görüş təşkil olunub

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın ofisində şöbə rəhbərləri ilə təbii hadisələr mövzusunda görüş təşkil olunub
 A meeting with the heads of departments on natural phenomena was held at the headquarters of the Azerbaijan Red Crescent Society.

23-24 oktyabr 2024-cü il tarixlərində AzQAC-ın İcraçı katibinin müavini Elşən Səlimzadənin təşəbbüsü ilə təbii hadisələr mövzusunda müvafiq şöbə rəhbərləri ilə dəyirmi masa təşkil olunub.Fəlakət Hazırlığı məqsədilə Türk Qızıl Ay nümayəndəsi Hüseyin Çitak və BQXF-nin Milli Cəmiyyətinin İnkişafı üzrə nümayəndəsi Aleksander Mordovin, habelə Renat Valiyev, Əminə Cabbarova, Samir Vasilkin və Şöhrət Nağıyeva iştirak ediblər.Əsas məqsəd fəlakət zamanı məlumatların tez çatdırılması və qiymətləndirilməsi üçün bu qrupun üzvlərinin bütün məlumatları paylaşaraq bir hesabat hazırlayıb FH-nın cavabdeh şəxsinə təqdim etməsi və fəlakətin səviyyəsini müəyyənləşdirməsi, ardından isə növbəti addımları koordinasiya etməkdən ibarət olub.Bu məqsədlə Əminə Cabbarova təqdimatla çıxış edib. Hüseyin Çitak isə qrup üzvləri ilə fikir mübadiləsi edərək əsas xəritə (basic Road Map) yaradılıb. Elşən müəllimin rəhbərliyi altında qrup üzvləri interaktiv şəkildə növbəti addımları müzakirə edib.