Dövlət Miqrasiya Xidmətində “Təhlükəsiz və nizamlı miqrasiyanın təşviqi fonunda müasir dövrün çağırışları” mövzusunda seminar keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Dövlət Miqrasiya Xidmətində “Təhlükəsiz və nizamlı miqrasiyanın təşviqi fonunda müasir dövrün çağırışları” mövzusunda seminar keçirilib

23 oktyabr 2024-cü il tarixində Dövlət Miqrasiya Xidmətində “Təhlükəsiz və nizamlı miqrasiyanın təşviqi fonunda müasir dövrün çağırışları” mövzusunda seminar keçirilib.

Seminarın məqsədi təhlükəsiz və nizamlı miqrasiyanı təşviq etmək, bu sahədə müasir dövrün çağırışlarını müzakirə etmək və aidiyyəti tərəflər arasında əməkdaşlığı gücləndirmək olub.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin əməkdaşları Sona Hacıyeva, Fidan Mirsultanova, dövlət qurumları, QHT-lər, özəl şirkətlər və miqrant icmalarının nümayəndələri iştirak ediblər. Miqrasiya siyasəti, beynəlxalq sənədlər və effektiv idarəçilik məsələləri müzakirə olunub. Eyni zamanda, vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında əməkdaşlıq və miqrasiya proseslərində daha çevik strategiyaların tətbiqi vurğulanıb. Sonda iştirakçılar  tərəfindən  verilən suallar aidiyyəti üzrə cavablandırılıb.