34-cü Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Beynəlxalq Konfransı Davam Edir
Əsas səhifə / XƏBƏRLƏR / 34-cü Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Beynəlxalq Konfransı Davam Edir
İsveçrənin Cenevrə şəhərində keçirilən 34-cü Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Konfransı çərçivəsində geniş tərkibdə görüşlər və aktual məsələlərin müzakirələri davam etməkdədir. Konfransda bütün dünyadan gəlmiş milli cəmiyyət nümayəndələri, humanitar təşkilatların rəhbərləri və beynəlxalq ekspertlər iştirak edirlər.
Azərbaycan Qızıl Aypara Cəmiyyətini (AzQAC) bu tədbirdə İcraçı Katib Ceyhun Mirzəyev və onun müavini Şaban Şayev təmsil edirlər. Tədbirin bir hissəsi olaraq, HİV və vərəmə qarşı mübarizə üzrə Avropa şəbəkəsinin rəhbəri Mauro Patti ilə görüş təşkil edilib. Bu görüşdə AzQAC-ın HİV və vərəm sahəsində həyata keçirdiyi layihələr, gələcək planlar və genişləndirilməsi nəzərdə tutulan fəaliyyət istiqamətləri müzakirə olunub.
Konfrans davam edir və bu çərçivədə müxtəlif seminarlar, panel müzakirələri və işçi qruplarında birgə fəaliyyətlərə dair müzakirələri aparılır.