AzQAC-ın Prezidenti Cənab Novruz Aslanovdan İspaniya Qızıl Xaçına Başsağlığı Məktubu

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Prezidenti Cənab Novruz Aslanovdan İspaniya Qızıl Xaçına Başsağlığı Məktubu

Hörmətli Maria del Mar Pageo,


İspaniyanın Valensiya şəhərində baş vermiş ağır təbii fəlakət və onun yaratdığı faciəvi nəticələr bizi son dərəcə kədərləndirdi. Xüsusilə güclü yağışların səbəb olduğu daşqın nəticəsində 64 nəfərin həyatını itirməsi hamımızı dərindən sarsıtdı. Onların amansız şəkildə dünyadan köçməsi böyük itki olmaqla bərabər, bizə dərindən hüzn yaşadır.


Bu çətin günlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti adından, cəmiyyətimizin bütün üzvləri və könüllüləri adından, həlak olanların ailələrinə, yaxınlarına və dostlarına səmimi başsağlığı verirəm. Biz sizinlə həmrəyik və dərdinizə şərik olduğumuzu bildirmək istəyirik.