AzQAC-ın Bakı Regional Mərkəzində İlk Yardım təlimi keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Bakı Regional Mərkəzində İlk Yardım təlimi keçirilib

29–30 oktyabr tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzində ilk yardım üzrə növbəti təlim baş tutub. Təlimə təxminən 15 nəfər iştirakçı qatılıb. Tədbirin açılışında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzinin koordinatoru Rəna İbrahimova, Amina Cabbarova və Elşən Səlimzadə çıxış edərək ilk yardım biliklərinin əhəmiyyəti barədə geniş məlumat verilib.
Təlimdə ilk yardım üzrə təcrübəli mütəxəssislər doktor Şahin Biləndərli və Fidan Mehdiyeva tərəfindən ətraflı təqdimatlar nümayiş olunub. Təqdimatlar iştirakçılara ilkin tibbi yardım üsullarını öyrətməklə yanaşı, müxtəlif simulyasiya və praktiki məşqlərlə də zənginləşdirilib. Təlim zamanı iştirakçılar ilk yardımın əsas prinsiplərini öyrənməklə yanaşı, praktik bacarıqlarını da inkişaf etdirmək imkanı qazanılıb.
Təlim uğurlu və interaktiv şəkildə keçirilib. Təlimin sonunda iştirakçılar öyrəndikləri məlumatları praktik məşğələlərdə tətbiq edərək, təcili tibbi müdaxilə zamanı lazımi addımları necə atmaq barədə dərin biliklər əldə ediblər. Bu cür təlimlərin təşkil olunması cəmiyyətin sağlamlıq və təhlükəsizlik baxımından məlumatlılığının artırılmasına mühüm töhfə verib.