AzQAC-ın əməkdaşları “İnformasiya və Sosial Təşəbbüslərə dəstək” üzrə seminarda iştirak ediblər

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın əməkdaşları “İnformasiya və Sosial Təşəbbüslərə dəstək” üzrə seminarda iştirak ediblər

24 oktyabrda Hüquq və İnsan Haqları İnstitutunda “ İnformasiya və Sosial Təşəbbüslərə dəstək” İctimai Birliyi  tərəfindən “ Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbirində Azərbaycan Vərəm Əleyhinə Koalisiyanın (VƏK) üzvləri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Miqrasiya şöbəsində miqrantların təhsili üzrə mütəxəssis Sona Hacıyeva və İcma əsaslı layihələrdə məsləhətçi həkim Mətanət Qaraxanova qonaq qismində iştirak ediblər.
Tədbirdə layihə çərçivəsində “qərbiazerbaycanirsi.az” elektron bazasının və “Danışır tarix” sənədli filminin də təqdimatı olub. Azərbaycan Qızıl Aypara Cəmiyyəti kollektivi və VƏK üzvləri adından bu layihədə əmək sərf edən hər kəsə, xüsusilə Koalisiya üzvü, “İnformasiya və Sosial Təşəbbüslərə dəstək” İctimai Birliyinin rəhbəri, dəyərli söz və qələm sahibi Cəsarət Hüseynzadəyə minnətdarlıq bildirən Sona Hacıyeva Azərbaycanla bağlı belə dəyərli layihələrin həm xalqımızın milli kimliyini qorumaq, həm də tariximizin incəliklərini gələcək nəsillərə çatdırmaq üçün mühüm bir addım olduğunu qeyd edib və ümidvar olduğunu, yaxın gələcəkdə xalqımız ölkə başçımızın düşünülmüş siyasəti sayəsində Ermənistandakı tarixi torpaqlarına qayıdacaq və dağıdılmış tarixi-memarlıq abidəlirimizi bərpa edərək onlara yeni həyat verəcəyini bildirib.