AzQAC-ın “Axtarış, xilasetmə və İlk Yardım” simulyasiyası keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın “Axtarış, xilasetmə və İlk Yardım” simulyasiyası keçirilib

“Fövqəladə hallar zamanı təhsilə giriş” layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və könüllülər şöbəsinin təşkilatçılığı  və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının dəstəyi ilə birlikdə 31 oktyabr tarixində Gədəbəy rayonunda “Axtarış, xilasetmə və İlk Yardım”-a dair böyük həcmli simulyasiya həyata keçirilib.

Simulyasiyalara  AzQAC-ın Gədəbəy rayon bölməsindən start verilib. Simulyasiya zamanı Gədəbəy rayon İcra Hakimiyyətinin nümayəndələri, FHN-nin əməkdaşları, Gədəbəy Dövlət yanğından mühafizə hissəsi, Dövlət Yol Polisi, Gədəbəy təhsil şöbəsi, Gədəbəy rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım xidməti, AzQAC-ın Gədəbəy, Tovuz, Qazax, Gəncə RB-nin sədr və könüllüləri, məktəbin müəllim kollektivi, şagirdləri, AzQAC-ın İcraçı katbinin müavini eyni zamanda Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova, AzQAC-ın Regional Mərkəzlər və yerli bölmələrlə iş şöbəsinin müdiri Nicat Qəniyev və AzQAC-ın baş qərargahının əməkdaşları iştirak ediblər. Simulyasiya zamanı ilk tibbi yardım, yanğından və zəlzələdən xilas etməyə dair ssenarilər həyata keçirilib. İlk öncə FHN tərəfindən məktəb kollektivinə və simulyasiya iştirakçılarına  videoçarxlar və təqdimatlar göstərilib. Daha sonra təlim keçmiş könüllülər tərəfindən digər könüllülərlə, məktəb kollektivi ilə müəllim və şagirdlərlə müvafiq söhbətlər aparılıb, onlara simulyasiya zamanı rollar verilib. Keçirilmiş simulyasiya məktəb kollektivinin, AzQAC könüllülərinin fövqəladə hallara cavabvermə və hazırlıq səriştələrinin artırılması məqsədini daşıyır. “Axtarış, xilasetmə və İlk Yardım”-a simulyasiyalar AzQAC tərəfindən Qazax və Tovuz rayonlarında davam etdiriləcəkdir.