AzQAC COP-29 tədbiri ilə bağlı “Yaşıl Dünya Naminə” aksiyasında iştirak edib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC COP-29 tədbiri ilə bağlı “Yaşıl Dünya Naminə” aksiyasında iştirak edib

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Fövqəladə hallarda təhsilə çıxış” layihəsi çərçivəsində 22 oktyabr Tərtər və Tovuz, 23 oktyabr Ağdam və Qazax, 30 oktyabr 2024-cü il tarixində Bərdə rayonunda ağacəkmə aksiyası keçirib. Layihə çərçivəsində məktəblilər fəlakət riskinin azaldılması, iqlim dəyişikliyi və həyat bacarıqları haqqında məlumat əldə ediblər. Daha sonra onlar layihə təklifləri ilə nəticələnən məktəblərinin ehtiyaclarının sürətli qiymətləndirilməsinə uşaq iştirakçısı yanaşması olan “Sprint layihələri” yazıblar. Layihə çərçivəsində hər bir məktəbdə mümkünlük, davamlılıq və büdcəyə təsir kimi meyarlar əsasında seçilmiş kiçik layihələr var idi. Seçilmiş layihələr öz fəaliyyətlərini həyata keçirmək üçün kiçik büdcə ilə təmin olunublar. Seçilmiş layihələrdən olan ağacəkmə kampaniyasına ilk olaraq AzQAC Tovuz rayon bölməsi tərəfindən start verilib və Ağdam, Tərtər, Qazax, Tovuz, Bərdə rayonlarında davam etdirilib. Ağacəkmə kampaniyası çərçivəsində AzQAC yuxarıda adı çəkilən rayon bölməsinin əməkdaşları və könüllüləri, ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə ümumilikdə 650 ağac əkib. AzQAC-ın yerli bölmələri ağacların iqlimə uyğun olmasını və icma tərəfindən saxlanılmasını təmin etmək üçün məktəblərlə davamlı inkişaf planları hazırlayıblar. Şagirdlər ümid edirlər ki, bu, onların məktəblərini daha təhlükəsiz, edəcək. Oyun və öyrənmə üçün daha əyləncəli və güvənli mühitə çevirəcək. Aksiya müvəffəqiyyətlə yekunlaşdırılıb.