AzQAC-ın əməkdaşı miqrant ailəsini ziyarət edib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın əməkdaşı miqrant ailəsini ziyarət edib

Azərbaycan  Qızıl Aypara  Cəmiyyətinin də ölkədə yaşayan xarici məcburi köçkün və əmək miqrantlarının ehtiyaclarını, onların yaşayış imkanlarını qiymətləndirmək məqsədilə fəaliyyət planına uyğun işləri var və mütəmadi olaraq onlarla  görüşüb sorğular aparılması bir ənənə halını almışdır. Bu fəaliyyətin əsas hədəf obyektiləri isə cəmiyyət tərəfindən təmənnasız olaraq təşkil olunmuş Azərbaycan dili kursunun miqrant müdavimləridir. Ötən həftə migrantlara azərbaycan dili müəllimi, Miqrasiya şöbəsinin əməkdaşı Sona Hacıyeva, 6 nəfərlik bir əfqan ailəsinə evində baş çəkib.  9 ildir ki, 4 övladı ilə Əfqanıstanda çətin həyat şəraiti məcburiyyəti ilə Azərbaycana üz tutan Yaqubi ailəsi üzvləri müəllimənin bu səmimi gəlişini çox xoş qarşılayıb. Ailənin 2 qız və 2 oğlan övladı Cəmiyyətin nəzdindəki Azərbaijan dili dərsində müdavim olmuş və üç övlad müxtəlif universitetlərdə tələbədirlər. Artıq ailənin sonuncu oğlu Mehdi Yaqubi də bu il yaxşı nəticə ilə ali məktəbə daxil olmuşdur. Müəllimə ailənin arzusu ilə təbrik üçün onlara baş çəkib və ana Yaqubi Nəcibə ailə adından AzQAC-a və müəllimə onlara göstərdiyi bu diqqət, qayğıya görə təşəkkür edib.