AzQAC “Gender əsaslı zorakılıq əleyhinə mübarizə” tədbirində iştirak edib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC “Gender əsaslı zorakılıq əleyhinə mübarizə” tədbirində iştirak edib
31 oktyabr tarixində Hüquq və İnsan Haqları İnstitutunda “Gender Əsaslı Zorakılıq Əleyhinə Mübarizə” mövzusunda təlim keçirilib. Bu təlimə Azərbaycan Vərəm Əleyhinə Koalisiyanın (VƏK) üzvləri ilə yanaşı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları da dəvət edilib. Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsində miqrantların təhsili üzrə mütəxəssisi Sona Hacıyeva və İcma əsaslı layihələrdə məsləhətçi həkim Mətanət Qaraxanova iştirak edib.Təlimdə gender bərabərsizliyinin səbəbləri və nəticələri, Gender əsaslı zorakılıq qurbanları üçün mövcud xidmətlərdən istifadəyə mane olan amillər və onların aradan qaldırılması mövzularında ixtisaslı təlimçilər tərəfindən geniş və məzmunlu təqdimatlar təqdim olunub. Sonda Azərbaycan Qızıl Aypara Cəmiyyəti əməkdaşları dəvət üçün təşkilatçılara minnətdarlıq bildiriblər.