15 noyabr 2024 cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti,millət vəkili Novruz Aslanov və Pakistan Qızıl Aypara Cəmiyyətinin prezidentiSardar Shahid Ahmed Laghari ilə ikitərəfli görüş keçirilib. Görüşdə Cəmiyyətinİcraçı katibi Ceyhun Mirzəyev, Qarabağ Regional Mərkəzinin koordinatoru AfaqHüseynzadə və Pakistan QAC tərəfindən Maryam Khan və Sajjad Ali Khadiriştirak edib.Görüşdə əsasən iki ölkə arasında humanitar sahədə əməkdaşlıq məsələlərimüzakirə olunub. Azərbaycanın və Pakistanın Qızıl Aypara Cəmiyyətləriningələcək birgə fəaliyyəti, humanitar yardımların və fəlakətlər zamanı müvafiqxidmətlərin göstərilməsi, zərərçəkənlərə dəstək verilməsinə dair və s. müzakirələraparılıb. İki ölkənin humanitar təşkilatlarının qarşılıqlı əlaqələrini daha dagücləndirmək məqsədilə müxtəlif təşəbbüslər irəli sürülüb.