AzQAC Vərəm Əleyhi Koalisiya tərkibində COP29 konfransında Anti-mikrobial dayanıqlıq mövzusunda iki sessiyada iştirak edib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Vərəm Əleyhi Koalisiya tərkibində COP29 konfransında Anti-mikrobial dayanıqlıq mövzusunda iki sessiyada iştirak edib
BMT-nin “İqlim dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının” 29-cu konfransı çərçivəsində noyabrın 16-da Bakıda keçirilən tədbir yüksək səviyyəli müzakirələrə ev sahibliyi edib. Tədbirdə Kamerun, Zambiya və Kenyadan olan millət vəkilləri ilə yanaşı, Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri Pərvanə Vəliyeva, İlham Məmmədov və Müşfiq Məmmədli iştirak ediblər. Onlar iqlim dəyişikliklərinin qlobal sağlamlığa yaratdığı təhlükələrə və yeni sağlamlıq risklərinə diqqət çəkiblər. Panel sessiyalarda TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva, Səhiyyə Nazirliyinin müdiri Nəzifə Mürsəlova, eləcə də Qazaxıstan, Qırğızıstan və Hindistandan gələn ekspertlər iştirak edərək, auditoriyanın suallarını cavablandırıblar. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəalları Sona Hacıyeva və Mətanət Qaraxanova interaktiv müzakirələrdə fəal iştirak edərək, təşkilatı təmsil ediblər. Azərbaycan Ağciyər Xəstəlikləri İnstitutu və Stop TB Partnership təşkilatının birgə təşkil etdiyi digər bir sessiyada iqlim dəyişikliklərinin sağlamlığa təsiri və yoluxucu xəstəliklərin, xüsusilə də vərəmin yayılmasına təsirləri geniş müzakirə edilib.