COP29 Konfransı çərçivəsində AzQAC və Türkiyə Qızıl ayı nümayəndələri arasında görüş keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / COP29 Konfransı çərçivəsində AzQAC və Türkiyə Qızıl ayı nümayəndələri arasında görüş keçirilib

18 noyabr 2024-cü il tarixində AzQAC rəhbər heyəti və əməkdaşları Türkiyə Qızıl Ayının nümayəndələri ilə rəsmi görüş keçirilib. Görüşdə AzQAC-ın Vitse-prezidenti Qafar Əsgərzadə və İcraçı katibi Ceyhun Mirzəyev cəmiyyətin fəaliyyəti haqqında geniş məlumat təqdim etmiş, eyni zamanda AzQAC ilə Türkiyə Qızıl Ayı arasında mövcud dostluq münasibətləri, “Səninlə Türkiyəm” aksiyası çərçivəsində Türkiyə dövlətinə göstərilən dəstək və birgə fəaliyyətlər barədə danışılıb.Türkiyə Qızıl Ayının nümayəndəsi Aslan Turgut isə öz çıxışında qurumun fəaliyyəti haqqında geniş məlumat verərək, hər zaman Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yanında olduqlarını vurğulayıb. Görüşdə gələcək əməkdaşlıq imkanları, birgə layihələr və əlaqələrin genişləndirilməsi üçün irəli sürülən təkliflər müzakirə edilib.