AzQAC-ın əməkdaşları BQXQACF nümayəndəliyi ilə COP29 konfransı çərçivəsində görüşü baş tutub
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın əməkdaşları BQXQACF nümayəndəliyi ilə COP29 konfransı çərçivəsində görüşü baş tutub
20 noyabr 2024-cü il tarixində AzQAC və BQXQACF Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyi arasında görüş baş tutub. Görüşdə AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev, İcraçı Katibin müavini Şaban Şayev, BQXQACF nümayəndəliyinin rəhbəri Davron Muhammadiyev və Milli Cəmiyyətin İnkişafı üzrə nümayəndə Aleksandr Mordovin iştirak ediblər. Görüş zamanı əsas diqqət iqlim dəyişikliyi mövzusuna yönəlib. AzQAC tərəfindən COP29 konfransı çərçivəsində həyata keçirilən fəaliyyətlər, gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədə iştirakı və bu sahədə beynəlxalq əməkdaşlıq imkanları haqqında ətraflı məlumat təqdim olunub. Tərəflər arasında həmçinin AzQAC və IFRC arasında mövcud əməkdaşlığın gücləndirilməsi, gələcəkdə iqlim dəyişikliyi ilə bağlı birgə layihələrin həyata keçirilməsi və milli cəmiyyətin inkişafına dəstək istiqamətində yeni təşəbbüslər müzakirə edilib. Bu görüş, COP29 konfransı çərçivəsində tərəflər arasında geniş əməkdaşlıq imkanlarının yaradılması və iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin artırılması baxımından mühüm əhəmiyyət kəsb edib.