“Fövqəladə hallar zamanı təhsilə giriş” layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının dəstəyi ilə 21-22 Noyabr tarixlərində Qazax rayonunda AzQAC könüllülərinə təlimçidən təlimçiyə yol hərəkəti təhlükəsizliyi ilə bağlı təlim həyata keçirilib. Təlimdə “Fövqəladə hallar zamanı təhsilə giriş” layihəsinin rəhbəri Xalidə İsgəndərova, AzQAC-ın Regional Mərkəzlər və yerli bölmələrlə iş şöbəsinin müdiri Qəniyev Nicat və Türk Qızıl Ayının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hüseyin Çitak iştirak ediblər.
Təlimdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının və Türk Qızıl Ayının dəstəyi ilə Yol hərəkəti təhlükəsizliyi ilə bağlı modul hazırlanması barədə söz açılıb. Hazırlanmış modul Qazax, Tovuz, Gədəbəy rayon bölmələrinin könüllülərinə Yol Hərəkəti Təhlükəsizliyi ilə bağlı təlim almış könüllülərimiz tərəfindən təlim keçirilib.
Təlim zamanı könüllülərə yol hərəkəti nişanları, yollarda piyadalar üçün təhlükəsiz davranış qaydaları, baş verə biləcək risk faktorları və bu riskləri azaltmaq üçün sıfıra endirmək üçün atılmalı olan addımlar barədə məlumatlar və təlimin məktəbli uşaqlara tədris olunması üzrə metodiki və texniki dəstək verilib. Təlim zamanı yollarda baş verə biləcək situasiyaları qavramaq üçün öyrədici oyunlar və praktiki məşğələlər keçirilib.
Təlim keçmiş könüllülər rayonlarda məktəbli uşaqlar üçün Yol Hərəkəti Təhlükəsizliyi ilə bağlı maarifləndirmə işləri aparacaqlar.