Azərbaycan Qızıl
Aypara Cəmiyyəti dəyərli əməkdaşı Kamilla Rüstəmovanın 2024-cü ilin 25 noyabr
tarixində qəfil vəfatı xəbərini böyük hüzn və dərin kədərlə bildirir. Kamilla
Rüstəmova, yalnız 25 yaşında ikən aramızdan ayrılaraq həmkarları və dostları
arasında əvəzsiz bir iz buraxdı.
Onun həyat və iş
prinsipləri hər zaman insanlıq və şəfqət dəyərlərinə sadiq olub. Kamilla Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin missiyasının həyata keçirilməsində əvəzsiz töhfələr
vermişdir. Onun müsbət enerjisi, yenilikçi yanaşmaları və öz işinə olan dərin
bağlılığı bizə hər zaman ilham verib. Kamillanın xatirəsi Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin fəaliyyətində bələdçi bir işıq kimi qalacaq və onun uğurlu
işləri ilə bağlı əziz xatirəsi daim yad ediləcəkdir.
Azərbaycan Qızıl
Aypara Cəmiyyəti Kamilla Rüstəmovanın ailəsinə, yaxınlarına və bütün
həmkarlarına başsağlığı verir və kədərini bildirir.