Dekabr ayının 1-də 2024-cü il tarixində AzQAC könüllüləri üçün “Mənim
Haqqımda Kitab” alətindən istifadə edərək uşaqlara psixososial yardım göstərilməsi
mövzusunda bilikləri yeniləmə təlimi keçirilib.
Təlim, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən
“Körpü” layihəsi çərçivəsində, IFRC-nin dəstəyi ilə təşkil olunub.
2022–2023-cü illər ərzində AzQAC könüllüləri 514 uşağa
bu dəstəyi göstərmiş və 2024-cü ilin dekabr ayı ərzində daha onlarla uşağın
psixososial yardımdan faydalanacağı gözlənilir.
Təlimdə Ağdam, Bərdə və Füzuli rayon bölmələrindən
olan könüllülər iştirak edib.