Beynəlxalq Könüllülər Gününə həsr edilən tədbir baş tutub
Əsas səhifə / XƏBƏRLƏR / Beynəlxalq Könüllülər Gününə həsr edilən tədbir baş tutub
8 dekabr 2024-cü il tarixində Sumqayıt şəhəri Heydər Əliyev
Mərkəzində “Güvən Dayə” xidməti və təşkilati dəstək olan LIBRAFF kitab
mağazaları, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, ILC MMC, Malyuk, Gənclərin
İnkişaf və Karyera Mərkəzi, “Bella”, “Seni” və “Asfarma” şirkətinin əməkdaşlığı
ilə “Könüllülükdə Gənclərin Rolu” adlı tədbir keçirilib. Tədbirdə
AzQAC-ın “İcmaya əsaslanan sağlamlıq” proqramının mütəxəssisi, Bakı və Sumqayıt
şəhər bölmələrinin könüllüləri iştirak ediblər. M. Qaraxanova könüllü
fəaliyyətinin əsasları barədə geniş təqdimatla çıxış edib. Tədbirdə könüllülük
sahəsinin müxtəlif istiqamətləri barədə çıxışlar olub. AzQAC-ın könüllülərin
koordinasiyası ilə iştirakçılar qruplarda könüllülüklə bağlı müxtəlif suallar
ətrafında müzakirələr aparıb və təqdimatlar ediblər. Tədbirdə 40 nəfər iştirak
edib.