Beynəlxalq Könüllülər Günü ilə əlaqədar olaraq AzQAC-nin könüllüləri ilə görüş keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Beynəlxalq Könüllülər Günü ilə əlaqədar olaraq AzQAC-nin könüllüləri ilə görüş keçirilib
 The AzRCS met with volunteers on International Volunteer Day

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Fövqəladə hallar zamanı təhsilə giriş” layihəsində iştirak edən bir sıra könüllülərlə 5 dekabr 2024-cü il tarixində Qazax rayonunda Könüllülər Günü ilə əlaqədar görüş keçirilib. Görüşdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz regionu üzrə fövqəladə hallar zamanı təhsil nümayəndəsi Sara Frodge, Türk Qızılayının Qafqaz regionu üzrə nümayəndəliyinin rəhbəri Hüseyin Çıtak, FHN-in əməkdaşları, Gəncə Dövlət Yanğından Mühafizə Hissəsi, AzQAC-ın İcraçı katibinin müavini, eyni zamanda Gənclər və Könüllülər Şöbəsinin müdiri Xalidə İsgəndərova, AzQAC-ın Regional Mərkəzlər və Yerli Bölmələrlə İş Şöbəsinin müdiri Nicat Qəniyev iştirak ediblər.
Görüş zamanı könüllülərlə “Fövqəladə hallar zamanı təhsilə giriş” layihəsi və AzQAC-ın digər layihələrində görülmüş işlər, könüllülər hərəkatı ilə bağlı müzakirələr aparılıb, onlara bir sıra tövsiyələr verilib.
Daha sonra könüllülər sertifikat və hədiyyələrlə mükafatlandırılıb.