11 dekabr 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin yeni təyin olunmuş başçısı Sonya Veronika Byörklandı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndəsi Davron Muhammadiyevi və Beynəlxalq Federasiyanın Azərbaycandakı nümayəndəliyinin proqramlar və əməliyyatlar üzrə meneceri və Milli Cəmiyyətin inkişafı üzrə nümayəndə Aleksandr Mordovini qəbul edib.
Tədbiri giriş sözü ilə açan Novruz Aslanov,
iştirakçıları səmimi qəlbdən salamlayıb və Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin
yeni təyin olunmuş başçısı
Sonya Veronika Byörklandı təbrik edib, məsul vəzifəsində bol uğurlar arzulayıb.
Eyni zamanda, gələcəkdə əməkdaşlıq imkanlarının genişləndirilməsinin
vacibliyini vurğulayaraq birgə fəaliyyətin daha məhsuldar nəticələr verəcəyinə
inamını ifadə edib.
Görüşdə , Hərəkatdaxili görülən işlər, qarşılıqlı əməkdaşlıq
çərçivəsində həyata keçirilən humanitar layihələr barədə danışılıb. Ötən illərdə
olduğu kimi bu il də əməkdaşlıq çərçivəsində həm AzQAC, həm də Beynəlxalq
Federasiyasının qarşıya qoyulan məqsədə çatmaq üçün üzərilərinə düşən öhdəliklərin
zamanında və yüksək səviyyədə yerinə yetirilməsinin önəmi vurğulanıb.
Sonya
Veronika Byörkland, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz
Aslanova səmimi təşəkkürünü ifadə edərək, təşkilatın peşəkar komandası və
genişmiqyaslı layihələri sayəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti qarşıdakı
illərdə daha böyük uğurlara imza atacağına əminliyini bildirib. O, birgə həyata
keçiriləcək layihələrin və qarşılıqlı dəstəyin regionda daha güclü təsir
yaratmağa imkan verəcəyinə inamını ifadə edib.
Milli Cəmiyyətin
prezidenti Novruz Aslanov, BQXQACF-nın Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin
keçmiş başçısı Davron Muhammadiyevi
Milli Cəmiyyətə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və
çıxışında Davron Muhammadiyevın missiyasını başa vurması ilə bağlı fikirlərini
bölüşərək, onun gələcəkdə də fəaliyyətini uğurla davam etdirəcəyinə ümid
etdiyini ifadə edib. Belə ki, onunla uzun illər davam edən səmərəli əməkdaşlıq
və dostluq əlaqələrini vurğulayaraq, Davron Muhammadiyevin Cəmiyyətə verdiyi töhfələri
yüksək dəyərləndirərək ,ona yeni nailiyyətlər diləyib. Onun Beynəlxalq Qızıl
Xaç və Qızıl Aypara Hərəkatının inkişafında, eləcə də Azərbaycan Qızıl Aypara Cəmiyyəti
arasında əlaqələrin möhkəmləndirilməsində göstərdiyi fəallığa görə təşəkkürünü
bildirib.
Davron
Muhammadiyev öz çıxışında fəaliyyətinə verilən yüksək qiymətə görə, eləcə də
çıxışlarda ünvanına səslənən xoş sözlərə və arzulara görə hər kəsə dərin minnətdarlığını
bildirib.
Sonda
Novruz Aslanov Sonya Byörklanda və Davron Muhammadiyevə xatirə hədiyyələrini təqdim
edib.