İlkin Tibbi Yardım üzrə Kitabın Müzakirəsi Keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / İlkin Tibbi Yardım üzrə Kitabın Müzakirəsi Keçirilib
13 dekabr 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Sağlamlıq və Qayğı şöbəsinin əməkdaşları – Əminə Cabbarova, Şahin Biləndərli və Fidan Mehdiyeva, Türk Qızıl Ayının ölkə nümayəndəsi Hüseyn Çıtak ilə birgə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları – Məhəmməd Zubair Xan, Nikoloz Sadradze, Leyla Mehmetbeyli və Sevil Süleymanova ilə görüş keçiriblər. Görüş zamanı BQXK-nın İlkin Tibbi Yardım üzrə Məsləhətçisi tərəfindən yazılmış kitabın məzmunu, metodologiyası və onun təlimçilər və könüllülər üçün daha səmərəli maarifləndirmə vasitəsi kimi istifadəsi geniş şəkildə müzakirə olunub. Kitabın praktiki dəyərinin artırılması və onun daha effektiv istifadəsi ilə bağlı əhəmiyyətli təkliflər irəli sürülüb. Eyni zamanda, Qızıl Aypara və Qızıl Xaç Hərəkatının prinsiplərinə uyğun şəkildə hazırlanmış maarifləndirmə kitabı haqqında diskussiyalar aparılıb. Türk Qızıl Ayının hazırladığı kitab isə nümunə kimi təqdim edilib. Görüş, qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli olub.