AzQAC-ın könüllüləri məktəblilər üçün psixososial məşğələlər keçirib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın könüllüləri məktəblilər üçün psixososial məşğələlər keçirib
2024-cü ilin noyabr-dekabr aylarında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könülləri Ağdam, Bərdə və Füzuli rayonlarında məktəblilər üçün psixososial məşğələlər keçirilib. Məşğələlər silahlı münaqişədən zərər çəkmiş kəndlərdə yaşayan uşaqların psixososial rifahını yüksəltmək məqsədi daşıyırdı. Məşğələlər zamanı “Mənim Haqqımda Kitab” aləti istifadə olunub. Bu alət İsveç Qızıl Xaç və BQXK tərəfindən yaradılıb və artıq bir neçə ildir ki AzQAC tərəfindən psixososial fəaliyyətlərdə aktiv istifadə olunur. Kitabçanın köməyi ilə ailə, dostluq, hisslər və özgüvən kimi vacib psixoloji mövzular uşaqlarla müzakirə olunur. Məktəblilər, onların valideynləri və məktəb rəhbərliyi bu fəaliyyəti yüksək qiymətləndirilib. Psixososial məşğələlər IFRC dəstəyi ilə Avropa İttifaqı tərəfindən maliyyələşən “Körpü” layihəsi çərçivəsində həyata keçirilib.