28
dekabr 2024-cü ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının
geniş tərkibdə iclası keçirilib. İclası giriş sözü ilə açan Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov
iştirakçıları salamlayıb və iclasın gündəliyini təqdim edib. Sonra gündəlikdəki
məsələlərin müzakirəsinə başlanılıb. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti Novruz Aslanov, Azərbaycan QAC-ın 2024-cü il üzrə fəaliyyətinin
yekunu ilə bağlı məruzə edib və həmçinin AzQAC-ın 105 illik yubileyinin
keçirilməsi məsələsini vurğulayıb. Çıxışında xüsusilə, Cəmiyyətin fəaliyyət
istiqamətlərindən, ehtiyaclı vətəndaşlara və fövqəladə hallar zamanı zərərçəkən
vətəndaşlara göstərilən müxtəlif növ yardımlar barədə fikirlərini bildirib.
Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç və Qızıl
Aypara Cəmiyyəti Federasiyası (BQXKF) ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti
arasında mövcud tərəfdaşlıq və əməkdaşlıq əlaqələrindən bəhs edib, bu əməkdaşlığın
son illərdə daha da genişləndiyini vurğulayıb.
İclasda
AzQAC-ın Baş mühasibi Nailə Cəfərova çıxış edərək, maddi yardımların göstərilməsi
məsələləri, AzQAC Katibliyinə avtomobil alınması üçün kredit götürülməsi,
BQXQACF və digər qurumlar tərəfindən AzQAC-a daxil olan vəsaitlərin aidiyyəti
üzrə xərclərin təsdiqi, AzQAC-ın 2025-ci il üzrə ştat cədvəlinin təsdiqi, Milli
Cəmiyyətə Dəstək layihəsi üzrə ayrılan xərclərin təsdiqi, Azərbaycan QAC üzrə
audit yoxlamasının aparılmasına razılıq verilməsi və maddi yardımların təsdiqi
barədə məlumat verib.
Daha
sonra AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev normativ sənədlərin təsdiqi və
AzQAC Katibliyinin 2024-cü il üzrə fəaliyyətinə dair hazırlanan hesabatla bağlı
ətraflı məlumat verib, həmçinin təşkilatın gələcək fəaliyyət istiqamətləri və hədəfləri
haqqında iştirakçılara məlumat təqdim edib.
AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə çıxışında Ali Baş Komandan cənab
İlham Əliyevin fəaliyyəti dövründə AzQAC-ın fəaliyyətinə verdiyi töhfələri
vurğulayıb. Azərbaycan QAC-a dair qanunvericilik aktlarının qəbul olunmasının təşəbbüskarının
məhz Prezident İlham Əliyev olduğunu xüsusilə bildirib.
İclasın sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov
AzQAC-ın bu ilki fəaliyyətinə müsbət qiymət verərək, gələn ildə uğurlar
qazanılacağına ümidvar olduğunu bildirib.