AzQAC Sumqayıt şəhər bölməsi şəhid və qazi ailələrinə 2025-ci ilin gəlişi ilə bağlı bayram tədbiri keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsi şəhid və qazi ailələrinə 2025-ci ilin gəlişi ilə bağlı bayram tədbiri keçirilib

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin təşkilatçılığı və SOCAR Polymer MMC-nin maliyyə dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2025-cü ilin qarşılanması münasibətilə Şəhid və qazi ailələrinin,həmcinin hər iki valideynini itirmiş və sağlamlıq imkanları məhdud olan uşaqlara bayram şənliyi təşkil olunub. Polymer MMC-nin əməkdaşı Aygün Musayeva,Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi kollecinin başda kollecin direktoru Səbinə Mehdiyeva olmaqla müəllim və tələbə kollektivi konsert proqramı ilə tədbirdə iştirak edirdilər. Tədbir Şəhidləri bir dəqiqəlik sükutla yad etməklə başlanıldı. AzQAC Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova qonaqları salamlayaraq bu tədbirin mahiyyəti barədə danışıb. Daha sonra tədbirin sponsoru SOCAR Polymerin məsul əməkdaşı Ayğün Musayeva şəhid və qazi ailələrinin hər zaman xüsusi diqqətdə olmasınının vacibliyini qeyd edib. AzQAC Sumqayıt Regional Mərkəzin Koordinatoru Mətanət Məhərrəmova tədbirin sponsoru olan SOCAR Polymerin rəhbəri Fuad Əhmədov, Paşa Həyat Sığorta ASC-nin idarə heyətinin sədri Niyaz İsmayılovla birgə və sıx əməkdaşlığa görə Təşəkkürnamələr təqdim edib. Tədbirin sonunda öncədən hazırlanmış bayram hədiyyələri uşaqlara təqdim olundu. SOCAR Polymer MMC tərəfindən 100 uşaq, Paşa Həyat Sığorta ASC tərəfindən isə 30 uşaq, ümumilikdə bu tədbirdən 130 şəhid və qazı, hər iki valideynini itirmiş və fiziki imkanları məhdud uşaqlar bəhrələnib.