AzQAC-ın könüllüləri mütəmadi ehtiyacı olan şəxslərə
dəsətək olaraq, cəmiyyətdə maarifləndirmə
yönümlü tədbirlərdə fəal iştirak edirlər. Belə ki, Yeni il və Azərbaycanlıların
Həmrəylik Günü ilə əlaqədar AzQAC könüllü sağlamlıq
işçiləri Bakıda əlilliyi
olan şəxslərin çalışdığı ilk inklüziv kafe – “Kaşalata”ya baş çəkiblər. AzQAC
“İcmaya əsaslanan sağlamlıq” proqramların mütəxəssisi M.Qaraxanova tədbirdə
iştirak edən könüllü sağlamlıq işçilərinə inklüziya və inklüziv cəmiyyətin xüsusiyyətləri və prinsipləri barədə
məlumatlarla çıxış edib. “Birgə və Sağlam” İB-nin rəhbəri Aytən Eynalova İnklüziv cəmiyyətdə fərdi fərqlərə hörmət
olunduğunu və əsas ehtiyaclarının ödənildiyini xüsusi vurğulayaraq, AzQAC
könüllülərinə kafeyə gəlib, əlilliyi olan autistik spektri olan insanlara dəstək
göstərdiklərinə görə öz təşəkkürünü bildirmişdir. Tədbirdə AzQAC-ın miqrasiya
şöbəsinin mütəxəssisi S.Hacıyeva iştirak edib, Azərbaycanda yaşayan miqrantlara
AzQAC tərəfindən göstərilən xidmət və fəaliyyətlər barədə məlumatları qeyd edib.
Sonra isə könüllü sağlamlıq işçiləri öz təcrübələrində
əlilliyi olan şəxslərə göstərdikləri xidmət
və gələcək fəaliyyətləri barədə müzakirə ediblər.